Atletiko braziliyalı futbolçunu transfer etdi
«Atletiko» Qranada ilə Gilyermo Sikeyronun keçidini həll edib.
28 yaşlı braziliyalı sol cinahda Felipe Luisi əvəz edəcək. Luis böyük ehtimalla yayda Atletikodan ayrılacaq.

Sikeyronun transferi Atletikoya 10 milyona başa gələcək. Xatırladaq ki, müdafiəçi son mövsümü icarə əsasında Benfikada keçirmişdi.
Yaxın günlərdə futbolçu müqavilə imzalamaq üçün Madridə gələcək.

Xəbər 751 dəfə oxundu.