«Azərreyl» ilk görüşdə qələbə qazandı

Qadın voleybolçulardan ibarət «Azərreyl» klubu Çempionlar Liqasına uğurla başlayıb. idman.com.az saytı xəbər verir ki, «D» qrupunda mübarizə aparan «dəmiryolçular» ilk görüşdə səfərdə Rumıniyanın «Tomis» komandası ilə üz-üzə gəlib. Üstün oyun nümayiş etdirən bakılılar hər 3 seti qalib tərk ediblər (3:0).
«Azərreyl» növbəti görüşünü dekabrın 7-də doğma divarlar arasında İtalyanın «Volley Berqamo» klubuna qarşı keçirəcəkdir. Matç saat 18:00-da başlayacaq.

«Tomis» (Rumıniya) – «Azərreyl» (Azərbaycan) - 0:3 (19:25, 18:25, 22:25)
Hakimlər: İlian Georgiyev (Bolqarıstan), Aleksandr Pyasetski (Belarus)

Xəbər 1283 dəfə oxundu.