“Mançester Yunayted” Lyuk Şou transferi üçün yeni addım atacaq
The Mirror yazır ki, “Mançester Yunayted”, Lyuk Şounu komandaya cəlb etmək üçün, “Sauthempton”a, Xavyer Hernandesidə verməyə hazırdır.

Meksikalı hücumçunu, Seria A nəhənglərindən, “Milan” və ispan “Valensiya”da yaxından maraqlanır.

Müqəddəslərə hazırda hücumçu lazımdır. Belə ki, Cey Rodrigez zədələnib, Deni Osvaldonun satılması gözlənilir, Riki Lambert isə artıq “Liverpul” klubunun oyunçusudur.

Hücuma meylli yarımmüdafiəçi, Adam Lallanada “Enfild”ə gedə bilər. Bu səbəbdən klub rəsmiləri belə düşünür ki, Xavyer Hernandesin kluba gəlməsi, hücumu yenidən canlandıra biləcək.

Xəbər 956 dəfə oxundu.