Eden Hazard qərarını verdi
PSJ-nin maraq dairəsində olan Eden Hazard "Çelsi"dən ayrılmayacaq.

Klubun rəsmi saytına danışan belçikalı yarımmüdafiəçi yeni mövsümdə də London təmsilçisində oynayacağını deyib.

Hazard növbəti mövsümdən "Çelsi"də 10 nömrəli forma geyəcəyini bildirib:

"Çelsi"də 10 nömrəli forma geyəcəyimdən məmnunam. Uşaqlıqda idealım olan Zinəddin Zidan da 10 nömrəli forma geyib. Ümid edirəm ki, bu forma mənə şans gətirəcək".

Qeyd edək ki, E.Hazard "Çelsi"də 17 nömrəli forma geyirdi.

Xəbər 1031 dəfə oxundu.