"Qəbələ"nin yeni baş məşqçisi bəlli oldu
"Qəbələ" klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Qəbələ təmsilçisini bolqarıstanlı mütəxəssis İvaylo Petev çalışdıracaq.

Petevlə klub rəhbərliyi arasında danışıqlar müsbət nəticələnib və ilkin anlaşma əldə olunub. 38 yaşlı mütəxəssislə yaxın günlərdə 2 illik müqavilə imzalanacaq.

Xatırladaq ki, Petevin son komandası Kiprin AEL (Limassol) klubu olub. Gənc çalışdırıcının komandası cari mövsümü ikinci pillədə baş vurub.

Əlavə edək ki, Petev "Qəbələ"nin baş məşqçi postunda rusiyalı mütəxəssis Yuri Syomini əvəzləyəcək.

Xəbər 752 dəfə oxundu.