Skolari: "Dünya çempionu olmaq borcumuzdur"
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari qarşıdakı dünya çempionatı haqda danışıb.

Təcrübəli mütəxəssis "Times of İndia"ya açıqlamasında komandasının dünya çempionluğunu qazanmağa məcbur olduğunu bildirib:

"Braziliya millisi dünya çempionatında çıxış edirsə, hər kəs bizdən çempionluq gözləyir. Bu əlavə təzyiq deyil. Həm futbolçular, həm də azarkeşlər üçün bu normaldır. Təzyiqi üzərimizdən ata bilsək, işimiz asan olar. Qrupda bütün komandaların 1/8 finala çıxmaq şansı var. Ancaq biz meydan sahibləri kimi mundiala qələbə ilə başlamalıyıq. Düşünürəm ki, komandam dünya çempionu olmağa borcludur".

Qeyd edək ki, Braziliya millisi A qrupunda Xorvatiya, Kamerun və Meskika yığmaları ilə mübarizə aparacaq.

Xəbər 1105 dəfə oxundu.