“Rəvan” futbol klubunun baş məşqçisinin adı müəyyənləşib
Növbəti mövsümdə futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda mübarizə aparacaq “Rəvan” futbol klubunun baş məşqçisinin adı müəyyənləşib.

Komandanın klubdaxili iclasında Ramil Əliyev baş məşqçi seçilib.

Həmçinin sonuncu mövsümdə “Rəvan” futbol klubunun əvəzedici komandasına rəhbərlik edən Anar Vəliyev ilə Müşfiq Qəmbərovun köməkçi-məşqçi təyin edilmələrinə qərar verilib.

Qeyd edək ki, R.Əliyev sonuncu mövsümdə “Rəvan” futbol klubunun U-19 komandasını çalışdırıb.

Xəbər 894 dəfə oxundu.