Cavadova və Vıstropova medalı özünə təmin etdi
Rumıniyanın paytaxtı Buxarestdə qadınlar arasında boks üzrə Avropa çempionatı davam edir. Azərbaycan milli komandasının iki üzvü qitə çempionatının ən azı bürünc medalını özünə təmin edib. 75 kq çəki dərəcəsində mübarizə aparan Leyla Cavadova ¼ finalda rumıniyalı Ana Patraskunu məğlub edib – 3:0. Həmyerlimiz yarımfinalda Almaniya boksçusu Sara Şeuriçlə üz-üzə gələcək.

Dünya çempionatının bürünc mükafatçısı Yelena Vıstropova da (69 kq) yarımfinala yüksəlib. Boksçumuz ikinci görüşündə polşalı Natalya Hollinsanı üstələyib – 3:0. Vıstropovanın növbəti rəqibi rumıniyalı Mikaela Kristiana olacaq.

Əzizə Abbasova (48 kq) isə türkiyəli Ayşə Çağrıra 0:3 hesabı ilə uduzaraq, yarışdan kənarda qalıb.

Xəbər 1144 dəfə oxundu.