“Beşiktaş”ın 7 futbolçusu ilə müqaviləsi başa çatdı
Mövsümün sonunda “Beşiktaş”ın 7 futbolçusunun klubla müqavilə müddəti başa çatıb. Portuqaliyalı Uqo Almeyda və Manuel Fernandeşdən başqa, Jülyen Esküde də azad agent statusu alıb. Onlardan başqa, komandada icarə əsasında oynayan Gökhan Töre, Cermeyn Cons, Ramon Motta və Dani Nunkenin də taleləri qaranlıq olaraq qalmaqdadır.

Hər halda, İstanbul nəhəngi heyəti gücləndirmək üçün çalışmalarını davam etdirir. Son məlumatlarda “Beşiktaş”ın “Portu”nun iki müdafiəçisi Abdulaue və Maykonla maraqlandığı bildirilir. Yaxın vaxtda “qara qartal” onlara görə qarşı tərəflə danışıqlara başlamağı planlaşdırır.

Xəbər 850 dəfə oxundu.