Klublar sabah Azərbaycan kubokunun 1/8 finalında yarışacaqlar

Azərbaycan kuboku uğrunda yarışın 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək. Oyunların başlanma vaxtı, stadionlar, qarşılaşmaların hakimləri, referi-inspektor və AFFA nümayəndələrinin təyinatı məlum olub. idman.com.az saytı xəbər verir ki, komandalar matç öncəsi iddialı danışıblar. Favoritlər və ilk altılığa düşmə ehtimalı az olan klublar gələn ilə qalib kimi yolanmaq niyyətindədirlər.

30 noyabr (çərşənbə)

“Bakı” – “Rəvan”

“Bakı” FK-nın təlim-məşq bazası
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Vaqif Musayev, Anar Salmanov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov

AZAL – “Şahdağ”

“AZAL Arena” stadionu. Saat 16:00
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Mirzə Fərzəliyev, Elnur Muradov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Asif Namazov

“Qəbələ” – “Neftçala”

Qəbələ şəhər stadionu. Saat 13:00
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Ruslan Quliyev, Teymur Fərhadov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rüfət Hüseynov

“Qarabağ” – “Sumqayıt Şəhər”

Quzanlı Olimpiya İdman Kompleksinin stadionu. Saat 13:00
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Səfər Haşımov

“İnter” – “Turan”

“Şəfa” stadionu. Saat 17:00
Hakimlər: Fuad Həsənov, Elman Musayev, Yaşar Abbasov, Fariz Yusifov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Qurban Məmmədov

“Xəzər Lənkəran” – “Qaradağ Lökbatan”

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 13:00
Hakimlər: Elvin Əsgərov, Ramiz Əsədov, Coşqun Həsənov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Əli Hüseynov

“Kəpəz” – “Bakılı”

Gəncə şəhər stadionu. Saat 13:00
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Əli Məmmədov, Anar Göyçayski
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Şahin Cəfərov

“Simurq” – “Neftçi”

Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Elşən Acalov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Orucəli Durmuşov

Xəbər 965 dəfə oxundu.