Yozef Blatter “Qarabağ”ı təbrik etdi
FIFA-nın prezidenti Yozef Blatter AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlamışdır.

Y.Blatter məktubunda dünya futbol ictimaiyyəti adından “Qarabağ” klubunu Topaz Premyer Liqasının 2013/2014-cü il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik etmiş, komandaya daha böyük uğurlar arzulamışdır.

Xəbər 815 dəfə oxundu.