"Atletiko" ilə matç Ronaldoya baha başa gəldi
"Real"ın futbolçusu Kriştiano Ronaldonun Çempionlar Liqasında "Atletiko" ilə final matçında zədəli halda oynayıb.

"Marca" qəzetinə yazıb ki, sözügedən qarşılaşmada portuqaliyalı hücumçunun 120 dəqiqə meydanda olması nəticəsində o, ciddi zədələnib.

Hazırda Portuqaliya millisinin bazasında olan oyunçunun zədəsini sağaltmaq üçün həkimlərin çalışdığı bildirilir. Zamanla yarışan həkimlər Ronaldonun "DÇ-2014"də Almaniya ilə ilk matça qədər tam hazır olması üçün əllərindən gələni edirlər.

Xəbər 813 dəfə oxundu.