Fizuli Məmmədovun “Rəvan”dakı fəaliyyəti sual altına düşüb
Güvənc Kurtarın məşqçi korpusunda yer alan Fizuli Məmmədovun “Rəvan”dakı fəaliyyəti sual altına düşüb. Dəqiq olan bir iş var: Məmmədov Ramil Əliyevin başçılıq edəcəyi komandanın məşqçi korpusunda yer almayacaq.

Bu barədə Futbol11.az saytına məlumat verən Əliyev bildirib ki, veteran yarımmüdafiəçinin hələ bir müddət aşağı yaş qruplarında işləməsi məslətdir.

Bizdə olan məlumata görə, “Rəvan” onu Ramil Əliyevin əsas heyətə cəlb olunmasından sonra boş qalmış U-19 komandasının baş məşqçisi postuna gətirməyi düşünür. Qeyd edək ki, əsas heyətdə Ramil Əliyev, Anar Vəliyev, Müşfiq Qənbərov və Kamil Qafarov fəaliyyət göstərəcəklər.

Xəbər 982 dəfə oxundu.