Koke: "Özümü yalnız "Atletiko"da görürəm"
"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Koke "Barselona"ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Football Espana"ya danışan təcrübəli futbolçu özünü yalnız "Atletiko"da gördüyünü deyib:

"Barselona" dünyanın ən yaxşı komandalarından biridir. Ancaq komandamı dəyişmək fikrim yoxdur. Azarkeşlər mənim "Atletiko"ya olan sevgimi yaxşı bilirlər. Bu səbəbdən sirr deyil ki, mən Madrid klubunda qalmaq istəyirəm. Özümü yalnız "Atletiko"da görürəm".

Qeyd edək ki, 22 yaşlı futbolçu cari mövsüm keçirdiyi 58 oyunda 7 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 902 dəfə oxundu.