Vıstropova qələbə ilə başladı
Rumıniyanın paytaxtı Buxarestdə qadınlar arasında boks üzrə Avropa çempionatına start verilib. Yarışda 31 ölkənin 163 idmançısı mübarizə aparır. Azərbaycan milli komandası turnirdə 7 boksçu ilə təmsil olunur. Avropa çempionatının ikinci günündə 2 boksçumuz rinqə çıxıb. 69 kq çəki dərəcəsində gücünü sınayan dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova ilk görüşdə macarıstanlı Olan Esterlə qarşılaşıb. Seçmə komandamızın lideri qalib gələrək, 14 finala vəsiqə qazanıb. Vıstropovanın növbəti rəqibi polşalı Natalia Hollinska olacaq.

54 kq çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova isə yarışı erkən başa vurub. Boksçumuz püşkə əsasən, ilk görüşdə rusiyalı dünya və Avropa çempionu Yelena Saveleva ilə qarşılaşmalı olub. 2:0 hesabı ilə qalib gələn Saveleva növbəti mərhələyə yüksəlib.

Bu gün boksçularımızdan Leyla Cavadova (75 kq) rumıniyalı Anna Patrasku, Əzizə Abbasova (48 kq) türkiyəli Ayşə Çağırır, Yelena Vıstropova isə polşalı Natalia Hollinska ilə üz-üzə gələcək. Qeyd edək ki, qitə çempionatına iyunun 7-də yekun vurulacaq.

Xəbər 1069 dəfə oxundu.