Cüdoçularımız Avropa kuboku yarışlarında altı medal qazanıblar
Avstriyanın Leybniçe şəhərində cüdo üzrə Avropa kuboku yarışları keçirilmişdir.

Turnirdə Azərbaycan millisi də mübarizə aparmışdır.

Turnirdə Sadıx Məhərrəmov (55 kq), Mehman Sadıxov (60 kq), Hüseyn Rəhimli (73 kq) qızıl, Davud Məmmədov (60 kq), Rəşad Rufullayev (66 kq) gümüş, Afiq Səfərli (73 kq) isə bürünc medala sahib olmuşlar.
Ümumi komanda hesabında Azərbaycan millisi ikinci yeri tutmuşdur.

Xəbər 1078 dəfə oxundu.