Riberi dünya çempionatını buraxa bilər
Bavariyanın yarımmüdafiəçisi Frank Riberi belindəki zədə səbəbindən dünya çempionatını buraxa bilər. Bu barədə France Télévisions məlumat yayıb.

Bir neçə həftədir ki, 31 yaşlı futbolçu bel ağrılarından əziyyət çəkir.
Qeyd edək ki, Didye Deşam sabah gecəyə qədər FİFA-ya 23 nəfərlik heyəti göndərməlidir.

Get French Football News-un məlumatına görə Riberini heyətdə Monpelyedən Remi Kabella əvəzləyə bilər.

Xəbər 840 dəfə oxundu.