Lempard 6 ay "Mançester Siti"də oynaya bilər
"Mançester Siti" klubu "Çelsi"nin yarımmüdafiəçisi Frank Lempardı 6 aylığına transfer etməyi planlaşdırır.

İngilis futbolçu Amerikanın "Nyu-York Siti" klubu ilə anlaşıb.

Lakin ABŞ-da çempionat gələn ilin mart ayında başlayacağından "Mançester Siti" bu müddət ərzində Lempardın xidmətindən yararlanmaq niyyətindədir. 35 yaşlı futbolçu razılıq verəcəyi təqdirdə futbolçu yeni mövsümdən "Mançester Siti"nin heyətində çıxış edəcək.

Qeyd edək ki, "Atletiko" (Madrid) klubunun hücumçusu David Vilya da karyerasını ABŞ liqasında davam etdirəcək.

Xəbər 948 dəfə oxundu.