“Mançester Yunayted” Lyuk Şounu transfer edə bilər
“Mançester Yunayted” Lyuk Şounu transfer etməkdə hələ də maraqlıdı.

BBC-nin verdiyi məlumata görə, tərəflər bugün danışıqları yenidən bərpa edəcəklər. 18 yaşlı futbolçunun keçidi, Patris Evranın müqaviləni bir il daha uzatmasından sonra təhlükə altına düşmüşdü.

Qeyd edək ki, “Southempton”, “Mançester Yunayted”in 27 milyon funtluq təklifi geri çevirmişdi.

Xəbər 790 dəfə oxundu.