"İnter" artıq Türkiyədədir
Bakının "İnter" klubu Avropa Liqasına hazırlıq çərçivəsində İzmit şəhəri yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışı keçirəcək.

"İnter" artıq Türkiyədədir. Kaxabar Sxadadzenin komandası bir neçə saat əvvəl məskunlaşacağı "Green Park" otelinə çatıb.

Qeyd edək ki, "İnter" bu gün yerli vaxtla saat 10:00-da ilk məşqinə çıxacaq.

Türkiyədəki təlim-məşq toplanışı ayın 10-na kimi davam edəcək.

Xəbər 870 dəfə oxundu.