«Qəbələ» 3-cü yer üçün görüşdə uduzdu
Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçirilmiş «Qəbələ kuboku-3» beynəlxalq turniri bu gün çatır.

İdman.com.az saytının məlumatına görə, 3-cü yer üçün görüşdə meydan sahibi Avstriyanın «Rapid» klubu ilə qarşılaşdı. İlk hissədə daha fəal olan qonaqlar, «qara-qırmızılar»ın qapısına 2 qol vurdu.

Növbəti yarıda da aktivliyini davam etdirən «Rapid» hesabı 3-ə çatdıraraq, Qəbələ kubokunun bürünc medalını qazandı.

Saat 18:30-da final matçı oynalınacaq. Həmin qarşılaşmada «Fənərbağça» Belçika «Anderlext»i ilə üz-üə gələcək.

Xəbər 935 dəfə oxundu.