"Udineze" 5-ci, "Lokomotiv" 7-ci oldu | |
III Qəbələ Kubokunda 5-8-ci yerləri tutan komandalar müəyyənləşib. 5-ci yer uğrunda matçda "Liverpul" və "Udineze" üz-üzə gəlib. İdman.com.az saytı xəbər verir ki, oyun əsas vaxtı 1:1 hesabi ilə yekunlaşdığına görə, qalibin adına penalti zərbələrindən sonra aydınlıq gəlib. 11-metrlik zərbələri daha dəqiq yerinə yetirən İtaliya təmsilçisi turniri 5-ci yerdə tamamlayıb. Digər oyunda "Lokomotiv"ə 0:1 hesabilə məğlub olan "Neftçi" turnirin sonuncusu olub. Günün ikinci yarısında 3-cülük və final matçları baş tutacaq. 7-ci yer uğrunda "Neftçi” – "Lokomotiv” 0:1 Qol: Mixail Ageyev (pen) 5-ci yer uğrunda "Liverpul” – "Udineze” 1:1 (Penaltilərlə 5:6) Qollar: Cekson MkKeve - Daniele Pierre 15.00: "Qəbələ” – "Rapid” (3-cü yer uğrunda) 19.00: "Anderlext” – "Fənərbağça” (Final) |
|
Xəbər 862 dəfə oxundu. |
|
|