Aleksis Sançezə İngiltərədən təklif var
"Barselona" klubunun hücumçusu Aleksis Sançez daha bir klubdan təklif alıb.

"Liverpul" klubu çilili futbolçunu transfer etmək istəyir.

Liverpul təmsilçisi Sançezin keçidi üçün qarşı tərəfə 25 milyon avro ödəməyə hazırdır. Lakin "Barselona" hələlik bu təklifə münasibət bildirməkdə tələsmir. Kataloniya təmsilçisi Sançezi daha yüksək məbləğə satmaq niyyətindədir.

Qeyd edək ki, 25 yaşlı futbolçu ilə İtaliyanın "Yuventus" klubu da yaxından maraqlanır.

Xəbər 904 dəfə oxundu.