Kavani "Mançester Yunayted"in təklifini rədd etdi
PSJ klubunun hücumçusu Edinson Kavani "Mançester Yunayted"in təklifini rədd edib.

Uruqvaylı futbolçu bunu yeni mövsümdən Çempionlar Liqasında oynamaq istəməsi ilə əlaqələndirib.

Mançester təmsilçisi Avropa Liqasına belə vəsiqə qazanmadığından Kavani bu komandada oynamaq istəməyib. 27 yaşlı futbolçu bu məsələdə maliyyə şərtlərinin heç bir rol oynamadığını bildirib.

Qeyd edək ki, Kavani ötən mövsüm PSJ-nin heyətində keçirdiyi 30 oyunda 16 qola imza atıb.

Xəbər 886 dəfə oxundu.