Alveş: "Neymar özəl futbolçudur"
Braziliya millisinin və "Barselona" klubunun müdafiəçisi Daniel Alveş komanda yoldaşı Neymar haqda müsbət fikirlər səsləndirib.

"Times of İndia"ya danışan təcrübəli futbolçu Neymarın dünya çempionatında özünü yaxşı tərəfdən göstərəcəyinə inandığını bildirib:

"Neymar çox istedadlı futbolçudur. Ötən mövsümü yaxşı keçirdi. Unutmayaq ki, Neymar az müddətdir ki, İspaniyaya gəlib. Bununla belə, o, yeni ölkəyə tez uyğunlaşdı. Onun özəl futbolçu olmasına və dünya çempionatında özünü ən yaxşı tərəfdən göstərəcəyinə şübhəm yoxdur".

Xəbər 815 dəfə oxundu.