"Fabreqas "Mançester Yunayted"ə keçməyə razı deyil"
"Mançester Yunayted" klubunun qapıçısı David de Xea komandasının "Barselona"nın futbolçusu Sesk Fabreqası transfer etmək istədiyini təsdiqləyib.

O, İspaniya millisindəki komanda yoldaşını "MY" keçməyə razı salmağa çalışdığını deyib.

"Ancaq Fabreqas hələlik bu transferə razı deyil. Çünki "Barselona"da çox xoşbəxtdir və ora futbolçunun evi kimidir" - deyə qolkiper bildirib.

Xəbər 893 dəfə oxundu.