Məhəmməd Ağagündüz: «Qəbələ» klubu «Neftçi»dən üstündür
«Yarış yüksək səviyyədə təşkil olunub. Meydançalar gözəldir. Burada olmaqdan xoşbəxtik». Bunu idman.com.az saytına açıqlamasında15 yaşlı futbolçulardan ibarət «Qəbələ kuboku-3» beynəlxalq tunririnin iştirakçılarından olan «Rapid» (Avstriya) klubunun baş məşqçisi Məhəmməd Ağagündüz dedi.

Türk mütəxəssis bildirdi ki, hakimliyin idarəçiliyi gözlənildiyindən yüksək olub: «Referilərin işindən çox razı qaldım. Bu, inanılmazdır. Belə yarışlarda həmişə ilk 3 yeri hədəfləyirik. Ona görə, Qəbələyə də uğur üçün gəlmişik. Yarımfinala çıxdın. Məqsədə çatmağa yaxınıq».

Məhəmməd xoca turnirdə iştirak edək komandaların səviyyəsinin yüksək, Avropada sayılıb-seçilənlərdən olduğunu da əlavə etdi. Bildirdi ki, «Qəbələ» klubu gördüyü qədər «Neftçi»dən yaxşı futbol və yaxşı nəticə göstərir. Burada olan sərmayə və istək yaxın gələcəkdə istedadlı futbolçuların çıxmasına şərait yaradacaq.
K.HACI

Xəbər 884 dəfə oxundu.