"Atletiko" "Arsenal"ın təklifini rədd etdi
"Arsenal" Xuanfranı transfer etmək üçün "Atletiko" (Madrid) klubuna təklif göndərib.

Bakari Sanyanın klubdan ayrılmasından sonra baş məşqçi Arsen Venger müdafiə mövqeyini gücləndirmək üçün 29 yaşlı futbolçunun transfer olunmasını istəyib.

Bunun üçün La Liqa təmsilçisinə 9 milyon avro təklif edən "Arsenal" istəyinə nail ola bilməyib. Madrid təmsilçisi bu təklifi müsbət cavablandırmayıb.

Qeyd edək ki, Xuanfranın "Atletiko" ilə 2017-ci ilə qədər müqaviləsi var.

Xəbər 851 dəfə oxundu.