Portuqaliya millisində ciddi itkilər var
"Real"ın və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun zədəsi hələ də sağalmayıb.

Çempionlar Liqasında "Atletiko" ilə görüş öncəsi zədələnən hücumçu yığmada məşqlərə qatıla bilməyib.

Onun Yunanıstanla keçiriləcək yoldaşlıq görüşündə oynamayacağı gözlənilir. Portuqaliya Futbol Federasiyasının rəsmi saytında yayılan məlumatda Kriştiano Ronaldo ilə yanaşı, Raul Meyreleş, Moutinyo və Ruben Amorimin də müalicələrini davam etdirdiyi bildirilib.

Xəbər 847 dəfə oxundu.