"Borussiya"dan ilk transfer
Dortmund “Borussiya”sı ilk transferini gerçəkləşdirib. Klub komandadan ayrılan Robert Levandovskinin yerinə yeni hücumçu gətirib.

Bu, icarə əsasında “Torino”da oynayan Kiro İmmobiledir. İtaliaylı hücumçu ilə beş illik müqavilə imzalanacaq. 19.5 milyon avroya transfer olunan futbolçunun ilinə iki milyon avro qazanacağı bildirilir.

Xəbər 895 dəfə oxundu.