Bakari Sanya "Arsenal"dan ayrıldı
“Arsenal”lın futolçusu Bakari Sanya klubdan ayrılacağını açıqlayıb.

Müqaviləsi başa çatan təcrübəli müdafiəçi fikrinin qəti olduğunu bildirib:

“Artıq gizlətməli bir şey yoxdur. “Arsenal”dan ayrılıram. Məni komandada saxlamaq üçün əllərindən gələni etdilər, ancaq şərtlərdə razılığa gələ bilmədik”.

Fransalı futboçu Dünya çempionatı başlayana qədər özünə yeni klub tapacağını deyib.

Qeyd edək ki, 31 yaşlı oyunçu 2007-ci ildən “Arsenal”ın şərəfini qoruyur.

Xəbər 849 dəfə oxundu.