"Mançester Yunayted"dən Kokeyə 60 milyon avro
"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Koke yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

"Mançester Yunayted" klubu təcrübəli futbolçunun transferində maraqlıdır.

Mançester təmsilçisi Kokenin keçidi üçün Madrid klubuna 60 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında razılıq əldə olunarsa, transfer yaın günlərdə baş tutacaq.

Qeyd edək ki, ötən mövsüm 44 oyuna çıxan Koke 7 qol vurub və 16 məhsuldar ötürmə verib.

Xəbər 834 dəfə oxundu.