Ronaldo maraqlı fikirləri ilə diqqət çəkib
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo maraqlı fikirləri ilə diqqət çəkib.

Portuqaliyalı futbolçu "Realmadridplace" "tvitter" səhifəsinə açıqlamasında bir gün Pele və Maradona kimi əfsanələrlə müqayisə olunacağına ümid etdiyini bildirib:

"Daha 7-8 il futbol oynamağı planlaşdırıram. Ancaq səhhətim imkan verərsə, 40 yaşımadək oynayacam. Ümid edirəm ki, bir gün futbol tarixinin canlı əfsanələri - Pele və Maradona ilə müqayisə olunacağam".

Xəbər 899 dəfə oxundu.