Buffon: "İngiltərə favorit deyil"
İtaliya millisinin qapıçısı Canluici Buffon dünya çempionatında öz qruplarında yer alan İngiltərə yığması haqda danışıb.

Təcrübəli qolpiker "Sky Sports"a açıqlamasında İngiltərə millisinin qrupun favorit olmadığını bildirib:

"İngiltərə qrupun favoriti deyil. Son zamanlar bu komandada böyük dəyişikliklər baş verib. Əgər balansı qorusalar, istənilən komandaya problem yarada bilərlər. Ancaq ingilisləri turnirin favoriti kimi görmürəm".

Qeyd edək ki, D qrupunda İtaliya, İngiltərə, Uruqvay və Kosta-Rika yığmaları mübarizə aparacaq.

Xəbər 980 dəfə oxundu.