Xavier hələ də “İnter”in transfer hədəfindədir
“Mançester Yunayted”in hücumçusu Xavier Ernandes, hələ də “İnter”in transfer hədəfindədir.

Sportitalia saytının verdiyi məlumata görə, italyan klubu Meksika yığmasının 25 yaşlı hücumçusu ilə danışıqların növbəti mərhələsinə başlayıb.

Bundan əvvəl isə xəbər yayılmışdı ki, Ernandeslə Premyer Liqa klublarından “Aston Villa” da maraqlanır.

Xəbər 861 dəfə oxundu.