Məsut Özil: "Mən də əfsanə olmaq istəyirəm"
Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özil dünya çempionatı öncəsi iddialı açıqlamaları ilə diqqət çəkib.

"Sport Bild"ə danışan türk əsilli futbolçu komandasının dünya çempionluğunu haqq etdiyini bildirib:

"Düzünü desəm, çempionluqdan başqa nəticə bizim üçün uğursuzluq olar. Almaniya çempionluğu haqq edir. Bu günə qədər heç bir rəqibimdən qorxmadım, bundan sonra da belə olacaq. Hörmət hər zaman olmalıdır, ancaq risk etmək üçün cəsarət də lazımdır".

Fritz Ualter, Volfqanq Overat və Lotar Matteus kimi futbol əfsanələrini örnək aldığını deyən Özil dünya çempionatında yaxşı oyun sərgiləməklə yadda qalmaq istədiyini bildirib: "Mən də əfsanə olmaq istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm".

Xəbər 872 dəfə oxundu.