"Milan"ın baş məşqçi vəzifəsinə daha bir namizəd
"Milan"da yaxın günlərdə baş məşqçi dəyişikliyi olacaq.

Klubun prezidenti Silvio Berluskoni və idarə heyətinin üzvü Adiano Qalliani bir neçə gün əvvəl iclas keçiriblər.

İclasda komandanın hazırkı çalışdırıcısı Klarens Zeedorfla yolları ayırmağa qərar verilib. Klub rəhbərliyinin Zeedorfun yerinə komandanın sabiq futbolçusu Filipo İnzaqini baş məşqçi vəzifəsinə gətirəcəyi gözlənilir.

Qeyd edək ki, "Sevilya" klubunun baş məşqçisi Unai Emerinin də "Milan"ı çalışdıracağı iddia edilir.

Xəbər 796 dəfə oxundu.