İturbe karyerasını İspaniyada davam etdirə bilər
“Verona”nın hücumçusu Xuan İturbe karyerasını İspaniyada davam etdirə bilər. 20 yaşlı futbolçu “Real” və “Barselona”nın maraq dairəsinə düşüb. İtaliya klubu bugünlərdə 15 milyon avro müqabilində argentinalı futbolçunun transfer hüququna yiyələnib. “Verona” bu məbləği “Portu”ya ödəyib. Hər halda, veronalılar yayda İturbeni satmağın əleyhinə deyillər. Bunun üçün onu istəyən klub sərfəli təklif irəli sürməlidir.

Qeyd edək ki, A seriyasının cari mövsümündə 33 oyun keçirən forvard 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər 842 dəfə oxundu.