Denis Silva "Neftçi"də qalır
Braziliyalı müdafiəçi Denis Silva karyerasını daha 1 il “Neftçi”də davam etdirəcək. Ötən mövsüm rəqabətdən qalib ayrıla bilmədiyi üçün az oynayan Denislə əməkdaşlığa son qoyulması gündəmdə idi.
Amma oyunçu daha bir il flaqmanın şərəfini qoruyacaq. Bu barədə klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
Süleymanov bildirib ki, Denisin ayrılması gündəmdə deyil.

Xəbər 1025 dəfə oxundu.