"Atletiko"nun futbolçusu "Fənərbaxça" ilə razılığa gəldi
"Atletiko" (Madrid) klubunun futbolçusu Dieqo Ribas "Fənərbaxça" ilə razılığa gəlib.

Bu barədə İspaniyanın məşhur "AS" qəzeti yazıb.

Braziliyalı oyunçunun İstanbul təmsilçisi ilə qarşıdakı günlərdə üç illik müqavilə imzalayacağı bildirilir.

Futbolçunun meneceri olan atası Dyair Ribas da oğlunun "Fənərbaxça"da oynayacağını təsdiqləyib.

Xəbər 797 dəfə oxundu.