"Neftçi"nin futbolçusu yığmaya çağırıldı
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Bayıl stadionunda Norveç komandası ilə keçirəcəyi oyunla əlaqədar Bakı şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir futbolçu - "Neftçi" klubundan Emil Balayev dəvət olunub.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Balayev U-21-in heyətinə mayın 29-da qoşulacaq.

Xəbər 815 dəfə oxundu.