İbrahimov Siyavuş İbrahim oğlu
İbrahimov Siyavuş İbrahim oğlu 22 oktyabr 1935-ci ildə Bakı şəhərində anadan olub.
1959-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Uzun illər futbol üzrə gənclərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi vəzifəsində çalışıb. Onun yetirmələri SSRİ məkanında keçirilmiş bir sıra yarışlarda mükafata layiq yerlər tutub, 1976-cı ildə yetirməsi V.Şevçenko İtaliyada keçirilmiş Avropa çempionatında gümüş mükafata layiq görülüb. 1979-cü ildə Yaponiyada keçirilmiş Dünya birinciliyində yetirməsi V.Mixaylevski I yerə layiq görülüb. Hal-hazırda futbol üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində çalışır. Həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında baş katibin müavini, Azərbaycan Uşaq-Gənclər Futbol Federasiyasının vitse-prezidenti vəzifələrində çalışır. Respublikanın əməkdar məşqçisidir.

Azərbaycan Respublikası Prezidentinin 05 mart 2008-ci il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1569 dəfə oxundu.