Unai Emeri "Milan"ı çalışdıra bilər
"Sevilya" ilə Avropa Liqasını qazanan baş məşqçi Unai Emeri yeni mövsümdən İtaliya A Seriyasında çalışa bilər.

42 yaşlı mütəxəssis "Milan" klubundan təklif alıb.

Milan təmsilçisi "Sevilya" ilə müqaviləsi başa çatan Emeriyə yüksək maaş təklif edib. Lakin məbləğin dəyəri açıqlanıb. İspaniyalı mütəxəssisin hansı qərarı verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Emerinin yenidən "Spartak" (Moskva) klubuna qayıdacağı da istisna olunmur.

Xəbər 784 dəfə oxundu.