Ramos: "Karyeramı "Real"da başa vurmaq istəyirəm"
"Real" (Madrid) klubunun müdafiəçisi Serxio Ramos gələcək karyerası haqda danışıb.

İspaniyalı futbolçu "AS" qəzetinə açıqlamasında karyerasını "Real"da başa vurmaq istədiyini bildirib:

"Dünyanın ən yaxşı klubunun formasını geyinirəm. Əlbəttə, karyeramı elə bu komandada başa vurmaq istəyirəm. Ümid edirəm ki, bu, elə belə də olacaq. Burada özümü çox xoşbəxt hiss edirəm".

Qeyd edək ki, cari mövsüm 51 oyunda meydana çıxan Ramos 7 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 716 dəfə oxundu.