London klubu bir neçə transferə hazırlaşır
KPR klubu bir neçə transferə hazırlaşır.

Daily Mail saytının verdiyi məlumata görə, London klubu artıq Rio Ferdinand, Frenk Lempard və Co Koulla danışıqlara başlayıb. 36 yaşlı Ferdinand artıq “Mançester Yunayted”dən gedəcəyini açıqlayıb, 35 yaşlı Lempard iyundan azad agent statusu alacaq, 32 yaşlı Koul isə hələ də iyunda başa çatacaq müqaviləsini yeniləməyib.

Xatırladaq ki, cari mövsümün yekunlarına əsasən, KPR yenidən premyer-liqaya qayıdıb.

Xəbər 834 dəfə oxundu.