Qadın futbolçular arasında Asiya kubokuna yekun vuruldu
Qadın futbolçular arasında Asiya kuboku turnirinə yekun vurulub. Həlledici oyunda Avstraliya və Yaponiya milliləri qarşılaşıblar.

Qadın futbolçular arasında Asiya kubokuna yekun vurulub
Tailandda keçirilən turnirin final oyunu olduqca gərgin alınıb. İlk qol imkanını Avstraliya millisi yaradıb. Amma qapıçı ilə təkbətək Samanta Kerr fürsəti qaçırıb. 28-ci dəqiqədə isə hesab açılıb. Azusa İvaşimizu dəqiq oynayıb. Qalan dəqiqələrdə komandalar nə qədər çalışsalar da, Sonq Net arenasına toplaşan azarkeşlər başqa qol görməyiblər.

Qeyd edək ki, Asiya kubokunda 8 komanda mübarizə aparırdı. Yaponiya və Avstraliya komandaları yarışlara eyni qrupda başlamışdılar. Qrup mərhələsində keçirilən görüş 2:2 hesabıyla başa çatmışdı. Bu dəfə Yaponiya millisi qələbə qazanmaqla tarixində ilk dəfə turnirin qızıl medallarına sahib çıxıb.

Xəbər 807 dəfə oxundu.