Cek Barmbi 2 illik müqavilə bağladı
“Mançester Yunayted”in 19 yaşlı hücumçusu Cek Barmbi, “Lester Siti” ilə 2 illik müqavilə bağlayıb.

Manutd.com saytının yaydığı məlumata görə,Barmbi mövsümün ikinci yarısını “Hartlpul Yunayted”in heyətində keçirib və debüt oyunundaca “Yovil Siti”nin qapısından topu keçirə bilmişdi. 19 yaşlı futbolçu ümumilikdə mövsüm ərzində 17 matça çıxaraq, 5 qol vurmağı bacarmışdı.

“Mançester Yunayted”, rəsmi sayt vasitəsilə Cek Barmbinin gələcək karyerasında, uğurlar arzulayır.

Xəbər 883 dəfə oxundu.