Mahaçqaladan 1 qızıl, 1 gümüş və 1 bürünc medal
Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız Dağıstanın Mahaçqala şəhərində beşqat Dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş 45-ci beynəlxalq turnirdə iştirak edir.

Baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında Mahaçqalaya 14 güləşçimiz yollanıb. Güləşçilərimiz mayın 23-dək Qazaxstan, Belarus və Dağıstan komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışında iştirak edib.

Turnirin ilk günündə 57, 65, 74 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz ilk günü 1 gümüş medalla başa vurub.

97 kq çəkidə mübarizə aparan Olimpiya və Dünya çempionu Şərif Şərifov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Atila Zmik (HUN), Pavel Oleynik (UKR) və Marat İbrahimov (RUS) üzərində tam üstünlüklə qələbə qazanaraq finala yüksəlib. Finalda Rusiya təmsilçisi Yuriy Belonovskiylə gərgin keçən görüşdə 2:5 hesablı uduzan Şərif gümüş medalla kifayətlənib.

Turnirin ikinci günündə 61, 70, 86 və 125 kq çəkidə güləşçilər mübarizə aparıb. Güləşçilərimiz turnirin ikinci günündə 1 qızıl və 1 bürünc medal qazanıb.

125 kq çəki dərəcəsində mübarizə aparan Əli İsayev bütün rəqiblərindən üstün olub və qızıl medala sahib olub. Əli İsayevin final görüşü olduqca maraqlı keçib. Cəmi 1 dəqiqə ərzində İranlı rəqibini effektiv fəndlə körpü vəziyyətinə salan güləşçimiz, təmiz qələbə qazanaraq turnirin baş mükafatına layiq görülüb.

61 kq çəkidə mübarizə aparan Əhmədnəbi Qvarzatilov isə bürünc medala sahib olub.

--------------------------------------------------------------------------------------------
61 kq
Əhmədnəbi Qvarzatilov – Kşiştov Vinkovski (POL)
Təsəlliverici görüş - Əhmədnəbi Qvarzatilov - Jozef Molnar (HUN) 12:7
Bürünc medal görüşü - Əhmədnəbi Qvarzatilov - Bulat Batoev (RUS) 2*:2

70 kq
Emin Əzizov – Norbert Lukaş (HUN)

86 kq
İbrahim Yusubov – İsa Rizvanov (RUS)
Məhəmməd Xatiyev – Əhməd Dudarov (GER)

125 kq
Cəmaləddin Məhəmmədov – Şabanbay (KAZ)
Əli Maqomedabirov – Anzor Xizriyev (RUS)
1/8 final - Əli İsayev – İslam Baxmudkadiyev (RUS) 2:1
1/4 final - Əli İsayev - Xotyanovski (UKR) 3:0
1/2 final - Əli İsayev - Məhəmmədhacı Nurasulov (RUS) 4:1
FİNAL - Əli İsayev - Oveli Xomi (IRI) 5:0, təmiz qələbə

----------------------------------------------------------------------
57 kq
Yaşar Əliyev – Artyom Qebekov (RUS) 1:10
Azər Paşayev – Nəsibulla Qurbanov (UZB) 0:6

65 kq
Məhəmməd Hacıyev – Hacımurad Nuriddinov (RUS) 0:7
Ağahüseyn Mustafayev – Əhməd Çakaev (RUS) 7:17
1/16 final - Məhəmməd Müslümov – Mixail Sava (MDA) 10:0
1/8 final - Məhəmməd Müslümov - Zəlimxan Yusupov (TJK) 6:8

74 kq
Əşrəf Əliyev – Kaxa Xubejtı (RUS) 5:9

97 kq
1/8 final - Şərif Şərifov - Atila Zmik (HUN) 6:0
1/8 final - Aslanbek Alborov – Adam Daurbekov (RUS) 12:4
Roman Bəkirov - Badavi Maqomedov (RUS) 10:4
Hacı Şərifov - Marat İbrahimov (RUS)
1/4 final - Roman Bəkirov - Marat İbrahimov (RUS) 0:11
1/4 final - Şərif Şərifov - Pavel Oleynik (UKR) 6:0
1/4 final - Aslanbek Alborov - Məhəmməd İbrahimov (RUS) 2:8
1/2 final - Şərif Şərifov - Marat İbrahimov (RUS) 6:0
FİNAL - Şərif Şərifov - Yuriy Belonovski (RUS) 2:5

Xəbər 768 dəfə oxundu.