Millimizin heyətində dəyişiklik edildi
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Bayıl stadionunda Norveç komandası ilə keçirəcəyi oyunla əlaqədar Bakı şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Bakı" klubunun üzvü Vüqar Mustafayev zədəli olduğu üçün heyətdən çıxarılıb, Ruslan Tağızadə ("Qəbələ") və Məqsəd İsayev ("Neftçi") toplanışa dəvət olunub.

Xəbər 843 dəfə oxundu.