ABŞ-ın millimizlə oyun üçün heyəti açıqlandı
ABŞ millisinin gələn ay Braziliyada təşkil olunacaq dünya çempionatı və mayın 28-də yığmamızla keçirəcəkləri yoldaşlıq oyunu üçün yekun heyəti açıqlanıb.

Yığmanın almaniyalı baş məşqçisi Yurgen Klinsman 23 nəfərlik heyəti müəyyənləşdirib.

Maraqlıdır ki, "Los Angeles Qalaksi" klubunun ulduz futbolçusu Landon Donovan 30 nəfərlik heyətdə yer alsa da, baş məşqçi onu Braziliyaya aparmağı lazım bilməyib.

Qeyd edək ki, Azərbaycan millisinin çalışdırıcısı Berti Foqts da Yurgen Klinsmanın xüsusi məsləhətçisi kimi Braziliyaya yollanacaq.

Qapıçılar: Brad Quzan ("Aston Villa"), Tim Hovard ("Everton"), Nik Rimando ("Real Solt Leyk")

Müdafiəçilər: DaMarkus Bisli ("Puebla"), Matt Besler ("Sportinq Kansas Siti"), Con Brooks ("Herta", Berlin), Qoff Kameron ("Stok Siti"), Timmi Çandler ("Nürnberq"), Omar Qonzalez ("Los Angeles Qalaksi"), Fabian Jonson ("Hoffenhaym"), DeAndre Yedlin ("Settl Saunders")

Yarımmüdafiəçilər: Kayl Bekerman ("Real Solt Leyk"), Alejandro Bedoya ("Nant"), Maykl Bradli ("Toronto"), Brad Deyvis ("Houston Dinamo"), Miks Diskerud ("Rusenborq"), Julian Qrin ("Bavariya"), Jermen Jons ("Beşiktaş"), Qraham Zusi ("Sportinq Kansas Siti")

Hücumçular: Jozi Altidor ("Sanderlend"), Klint Dempsi ("Settl Saunders"), Aron Yohanson ("AZ Alkmaar"), Kris Vondolovski ("San Jose Earthquakes")

Xəbər 1023 dəfə oxundu.